Myanmada aksiya iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı 17 nəfər ölüb

Myanmada aksiya iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı 17 nəfər ölüb
Myanmada ölkənin müxtəlif şəhərlərində aksiya iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlərin sayı 17 nəfərə çatıb. SİA-nın "Mizzima" portalına istinadən verdiyi məlumata görə, polis və hərbçilərin açdığı atəş nəticəsində Yanqon şəhərində 4, Mandale şəhərində 2, Baqo şəhərində 3, Davey şəhərində 4, Mey şəhərində 1, Pakokku şəhərində 2 nəfər və Molamyayne şəhərində 1 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə