Myanmada aksiya iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı 17 nəfər ölüb
28 Fevral 2021 20:38 (UTC+04:00)
Myanmada ölkənin müxtəlif şəhərlərində aksiya iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlərin sayı 17 nəfərə çatıb.
SİA-nın "Mizzima" portalına istinadən verdiyi məlumata görə, polis və hərbçilərin açdığı atəş nəticəsində Yanqon şəhərində 4, Mandale şəhərində 2, Baqo şəhərində 3, Davey şəhərində 4, Mey şəhərində 1, Pakokku şəhərində 2 nəfər və Molamyayne şəhərində 1 nəfər ölüb.