Moldova COVID-19-a qarşı vaksinasiyaya başlayır

Moldovaya COVID-19-a qarşı vaksinlərin ilk partiyası gətirilib. SİA xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu öz "Facebook" səhifəsində məlumat verib. Prezidentin sözlərinə görə, "AstraZeneca" istehsalı olan vaksinlərin ilk partiyası Rumıniyadan gətirilib. Moldova artıq vaksinlərin tətbiqinə başlayacaq. Vaksinlərin ilkin partiyası 21 min 600 dozadır. Rumıniya ilə əldə olunan razılığa görə, ümumilikdə 200 min dozalıq vaksin Moldovaya göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə