Bir gündə koronavirusa 1079 nəfər yoluxub Bolqarıstanda

Bolqarıstanda sutka ərzində koronavirusa 1079 yeni yoluxma halı baş verib. SİA Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 246 min 706 nəfərə çatıb, 205 min 137 nəfər sağalıb, 10 min 167 nəfər ölüb. Xəstəxanalarda 4 min 674 nəfər, reanimasiyada 380 nəfər yerləşir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə