Arktikada temperatur 20 dərəcəyə qalxa bilər

Rusiya Elmlər Akademiyasının Marçuk Hesablama Riyaziyyatı İnstitutunun aparıcı tədqiqatçısı Yevgeni Volodin əsrin sonuna qədər Arktikadakı havanın müsbət 20 dərəcəyə qədər çata biləcəyini söyləyib. SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd edək ki, Volodin bunu elm adamlarının atmosferdəki istixana qazlarının tərkibindəki artım barədə məlumatlarına istinad edərək bildirib.

Volodinin sözlərinə görə, Hesablama Riyaziyyatı İnstitutunun əməkdaşları Rusiya Əsas Tədqiqatlar Fondunun dəstəyi ilə gələcəkdə suyun, torpağın və bitki örtüyünün vəziyyətini proqnozlaşdıra bilən iqlim sisteminin modelini yaradıblar.

Modelin Arktikada ən güclü istiləşmənin baş verəcəyini göstərdiyini bildirən rus alim, emissiya nisbətinin artacağı bədbin ssenariyə əməl edəcəkləri təqdirdə, 21-ci əsrin sonunda Arktikada istiləşmənin 20 dərəcəyə çata biləcəyini istisna etməyib.

Mütəxəssisin fikrincə, artıq ölkələr bu istiqamətdə tədbirlər görsələr də, Arktikada hava istiliyində artımın qarşısını almaq mümkün deyil. Volodin, istixana qazı tullantılarının 2050-ci ilə qədər sıfıra çatacağı təqdirdə, Arktikadakı hava istiliyinin hələ də bir neçə dərəcə artacağına diqqət çəkib.

Qeyd edək ki, hazırda Mərkəzi Arktikada orta illik temperatur 30 ilə 10 dərəcə arasındadır.

Xatırladaq ki, bir müddət bundan əvvəl Almaniya, Finlandiya, Estoniya və Rusiyadan olan bir qrup beynəlxalq alim, iqlim dəyişikliyi nəticəsində 2055-ci ilə qədər Şimal Buzlu Okeanın buz örtüyünün əriyəcəyini bildirmiıdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə