Ermənistanda yoluxma sayı yenidən artdı

Ermənistanda son sutka ərzində daha 265 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 172 058 nəfərə yüksəlib. Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3192-yə çatıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 815 nəfərdir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə