Dünyada son sutka ərzində 420 491 nəfər koronavirusa yoluxub, 10 939 nəfər ölüb

Dünyada son sutka ərzində 420 491 nəfər koronavirusa yoluxub, 10 939 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 117 076 707 yoluxma hadisəsi, 2 512 272 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Şimali və Cənubi Amerikanın (187 378) payına düşür. Digər yerləri isə Avropa (163 763) və Cənub-Şərqi Asiya (30 978) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...