Qasparyan vəzifəsində qaldı Sarkisyandan Paşinyana rədd cavabı

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı qərarı təsdiqləməyib. SİA xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bundan sonra Paşinyan onu işdən azad edib və təqdimatı imzalamaq üçün prezidentə göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə