Bu Ermənistandakı yaşananların dövlət çevrilişinə cəhd olduğunu bildirən baş nazir Nikol Paşinyan yaranmış vəziyyətdə ən böyük problem kimi hakimiyyəti xalqın əlində saxlamaqda görür. Yəni, hakimiyyəti hələ ki, heç kimə vermək niyyətində olmadığını gizlətmir. Bununla yanaşı, o, "xalqa itaət edən ordunu" siyasi proseslərə qatılmamağa çağırır.

Maraqlıdır ki, ermənilərin baş nazirliyinə müxalifətçi namizəd Vazgen Manukyan isə başqa fikirdədir. O, erməni ordunsunun yaranmış vəziyyətə müdaxilə edəcəyini və ölkədəki kəskin daxili siyasi böhranı həll edəcəyini düşünür. Bu gün Ermənistan üçün ən həlledici günlərin yetişdiyini bildirən Manukyan orduya çağırış edərək onları ayağa qalxmağa çağırıb. Qeyd edək ki, o bir neçə gün ərzində apardıqları mübarizənin taleyinin həll ediləcəyinə də əminlik bildirib.

Bu arada Avropa Birliyi Ermənistandakı "…bütün iştirakçıları hər hansı bir ritorikadan və daha da kəskinləşməyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə" çağırıb.

Artıq Qərb nəşrləri Rusiyapərəst qüvvələrn İrəvandakı vəziyyətdən yararlanmaq üçün məqam gözlədiklərini də gizlətmir. Maraqlıdır ki, həmin nəşrlərin bəziləri 2018-ci ildə dinc inqilab yolu ilə hakimiyyətə gələn "demokratiya simvolu" Paşinyanın çətin günlər yaşadığını da etiraf etməyə başlayıblar.

Təbii ki, Qərb burada rus barmağının olduğunu da istisna etmir. Məsələn, Avropa mətbuatı bu həftənin əvvəlində rusların dostu olan oliqarx hökumətin Gürcüstanda əsas müxalifət lideri- Niku Meliyanın həbs etməklə bölgənin ən qərbləşmiş ölkəsində siyasi böhrana yol açdığını yazıb.

Əslində, bu gün Ermənistanda yaranmış siyasi böhrandan, bütün hallarda, Rusiyanın qazanacağını Qərb də istisna etmir. Belə ki, Rusiya artıq 3000 rus əsgərinin yerləşdiyi Gümrüdə hərbi bazasını genişləndirmək üçün ilk addımlarını atmaqdadır. Bəli, məhz ilk addımlarını.

Yeri gəlmişkən, bu arada Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Ermənistandakı siyasi böhrana ordunun müdaxilə erməsini münasib bilməyib.

…Mən demişdim də, bu Artur kiminsə adamıdır…Amma, kimin?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə