İrəvan küçələrində qan su yerinə axır, toqquşmalar başlayıb - VİDEOLAR - FOTOLAR

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Paşinyan hökumətinin istefasını tələb edən müxalifətin etiraz aksiyalarına cavab olaraq Baş nazir 20 minlik tərəfdarları ilə İrəvan küçələrində yürüşə çıxıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər arasında toqquşma baş verib.

Hər iki tərəfdən onlarca aksiya iştirakçısının iştirak etdiyi əlbəyaxa döyüşdə xəsarət alanların olduğu deyilir. Opera Teatrının önündə vəziyyət daha gərgindir. Paşinyan istefaya getməyəcəyini israrla bildirib. Dünya ölkələrində də Ermənistanda baş verənlər hələlik sakitcə izlənilir. Rusiya, Türkiyə, ABŞ və digər ölkələrin rəsmi dairələri hadisələri bu ölkənin daxili işi olduğunu deməklə yanaşı tərəfləri toqquşmadan uzaq durmağa çağırıblar.

Bu dəqiqələrdə müxalifət tərəfdarları Baş nazirin iqamətgahını mühasirə almağa başlayıblar. Opera Tetrının önündə isə çadırlar qurulur. Görünür "Vətəni xilas etmək hərəkatı"nın üzvləri istəklərində israrlıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...