Türkiyə Rusiya vaksini almağa hazırlaşır

Türkiyə Rusiyanın “Sputnik V” koronavirus peyvəndinin toksikoloji testlərinə başlayıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Koca bildirib.

“Türkiyədə “Sputnik V”-nin toksikoloji testləri başladı. Rusiya peyvəndinin istehsalına xüsusi hazırlaşırıq”dedi.

Nazir araşdırmanın uğurlu olduğu təqdirdə Ankaranın virusa qarşı Rusiya vaksinini alacağını vurğuladı.

Qeyd edək ki, Türkiyədə 2,6 milyon insan koronavirus xəstəliyinə tutulub, 28 min insan ölüb.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə