Vazgeni pəjmürdə edən nədir?

Bu gün ermənilər, dəqiq desək, Vazgen Manukyan başda olmaqla digər müxalifət liderləri Paşinyandan ölkədəki hərbi vəziyyət rejiminin ləğvini tələb edirlər. Hələ ki, onlar parlamentin bu gün keçiriləcək növbədənkənar iclasına ümidlidirlər. “Vətəni qurtarma hərəkatı”ndan baş nazir vəzifəsinə yeganə namizəd olan Vazgen Manukyanın bu istiqamətdəki canfəşanlığı daha çox diqqət çəkir. Belə görünür ki, o, yenidən ermənilərin baş naziri olacağına ümidlidir. O, indi hətta əminliklə parlamentdəki erməni deputatların 35 nəfərdən çoxunun ölkədəki hərbi vəziyyət rejiminin ləğvinə səs verəcəyini bildirir. Vazgen parlamentin növbədənkənar iclasının gedişi zamanı 35 nəfərin artmaq ehtimalının olduğunu istisna etməyib.

Doğrudan da, əgər Manukyan “fakt”larla danışırsa, deməli, nəsə bilir. Məsələn, o, bu gün Paşinyanın təkcə Ermənistanda olan seçicilərinin təqribən 90 faizindən çoxunu itirdiyini iddia edir. Amma belə görünür ki, Vazgen bu qədər “dəqiqiliklə” dediklərinə elə də ümidli deyil. Bundan əlavə, bu gün Ermənistanda baş nazir olmaq həsrəti ilə yanan Vazgen Manukyanı ən çox pəjmürdə edən, əslində, buna qorxudan da demək olar, Nikoldan imtina edən 90 faizlik bir seçiciyə Robert Koçaryan, Serj Sarkisyanın, daha nə bilim kimlərinsə şərik çıxmasıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə