Kipr probleminə görə BMT tərəfləri bir araya toplayır – Tarix açıqlandı

BMT, Kipr tərəfləri və qaratör ölkələr olan Türkiyə, Yunanıstan və İngiltərə aprelin 27-29-da Cenevrədə bir masaya oturacaq. SİA xəbər verir ki, tərəfləri BMT bir araya gətirəcək. BMT Baş katibinin sözçüsü Stephane Dujarric açıqlamasında bildirib ki, Baş katib aprelin 27-29-da İsveçrənin Cenevrə şəhərində Kipr problemi ilə əlaqədar 5 + 1 qeyri-rəsmi görüş keçirməyi planlaşdırır. Açıqlamada görüşün məqsədinin yaxın gələcəkdə Kipr probleminə davamlı bir həll yolu tapmaq üçün tərəflərin ümumi təmasda görüşüb görüşə bilməyəcəyini görmək olduğu qeyd edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə