İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, 70 nəfər itkin düşüb

İdoneziyanın Mərkəzi Sulavesi əyalətində torpaq sürüşməsi baş verib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində qızıl mədənində işləyən ən azı beş nəfər ölüb, 70 nəfər itkin düşüb. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə