“Koronavirus mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqdadır” ÜST-ün açıqlaması

Koronavirusla bağlı mübahisəli vəziyyət yaranıb və COVID-19-un yeni hallarının, eləcə də dünyada infeksiya qurbanlarının sayının azalması davam etsə də, koronavirus mutasiyalarının aşkar olunduğu ölkələrin sayı getdikcə artmaqdadır.

SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirir.
"Qlobal miqyasda qeydə alınan yeni xəstələrin sayı həftə ərzində azalmaqda davam edir. Ötən həftə yoluxma əvvəlki həftədən 11% azalaraq 2,4 milyon yeni yoluxma hadisəsi baş verib. Yeni ölüm sayı da son üç həftədə azalmaqda davam edib. Həftədə demək olar ki, 66 min yeni ölüm qeydə alınıb ki, bu da əvvəlki həftəyə nisbətən 20% azdır”, deyə ÜST veb saytında edilən açıqlamada bildirilir.
ÜST-ə görə, dünyada, 15 fevral - 21 fevral həftəsində 2.457.026 yeni hadisə və 66.359 ölüm qeydə alınıb.
Bütün bunlarla yanaşı, ÜST-ün məlumatına görə, yeni koronavirus ştammının sürətlə yayılması da davam edir. Təqdim olunan məlumatlara görə, koronavirusun yeni "İngilis" ştammı 101 ölkədə (əvvəlki həftədən yeddi sayda çox), "Cənubi Afrika" ştammı 51 ölkədə (əvvəlki həftədən beş sayda çox) və "Braziliya" ştammı 29 ölkədə (əvvəlki həftədən səkkiz sayda çox) yayılmağa başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə