Somalinin paytaxtı Moqadişo şəhərinin Hamarven bölgəsində yerləşən polis bölməsinin yaxınlığında güclü partlayış olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Somalinin “Garowe” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hücumu terrorçu-kamikadzenin həyata keçirdiyi güman edilir. Partlayışın baş verdiyi ərazi ordu bölmələri tərəfindən mühasirəyə alınıb. Mümkün zərərçəkənlərə dair hələlik heç bir məlumat verilmir.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB