Polis bölməsi yaxınlığında güclü partlayış

23 Fevral 2021 14:34 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişo şəhərinin Hamarven bölgəsində yerləşən polis bölməsinin yaxınlığında güclü partlayış olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Somalinin “Garowe” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücumu terrorçu-kamikadzenin həyata keçirdiyi güman edilir. Partlayışın baş verdiyi ərazi ordu bölmələri tərəfindən mühasirəyə alınıb. Mümkün zərərçəkənlərə dair hələlik heç bir məlumat verilmir.