Ermənistan Rusiyanın şəxsi mülkiyyətidir

Ermənistan Rusiyanın şəxsi mülkiyyətidir

Ermənilər bədbinliyə qapılıb. Erməni mətbuatı "üzdə olan hansı erməni"yə üz tutursa müsahibləri qan ağlayır. Vaxtilə sabiq prezident Levon Ter-Petrosyan da "qonşulara göstərdiyiniz münasibətin nə vaxtsa cavabını alacaqsınız" xatıarlatmasını etmişdi.

Ona görə də bu gün erməni ictimai-siyasi xadim kimi təqdim etdiyiniz Arman Saqatelyanın dövlətin bütün istiqamətlərdə sürətlə uçuruma getdiyini söyləməsi elə də təəccüblə qarşılanmamalıdır. Çünki bu yolu siz ermənilər özünüz seçmişdiniz. İndi Ermənistandakı bütün uğursuzluqları Paşinyanın adına yazıb ölkədəki yaşantıları "Nikolun mənasız sonusu" kimi təqdim etməyə nə hacət?

"Bu gün bizi gündəlik həyatda, daxili qarşıdurmalara, müxtəlif ictimai xadimlərin tutulmasına yönəltməyə çalışırlar"- deyən keçmiş prezident müşaviri Tiqran Abramyan indi niyə əvvəllər "hökm" vermək iqtidarında olarkən etdiklərini unudur?

Əslində, onun Paşinyanı "danışıqlar aparmaqda", "əraziləri verməkdə", perspektivləri qeyri-müəyyən olan layihələri müzakirə etməkdə ittiham etməsi yersizdir. Çünki, o da hələ "prezident müşaviri" kimi hakimiyyətdə olanda "tikan üstə oturduğunu" bir an belə yaddan çıxarmırdı. Azərbaycanın nə vaxtsa əzəli torpaqları uğrunda cəngə qalxacağını yaxşı anlayırdı.

Çünki, onların himayədarı olan ölkə rəhbəri "mövcud beynəlxalq qanuna görə Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir"-deyə etiraf etmişdi. Doğrudur, bu ermənlərin belini qırsa da, yenə özlərini o yerə qoymamışdılar.

Məsələn, erməni politoloq Stepan Qrigoryan Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin tərəfdarı olmadığını söyləsə də, Moskvanın türkdilli dünyanın güclənməsinə niyə imkan verdiyini anlamadığını bildirmişdi. Nə deyəsən? İnanın, deməyə söz də tapmaq olmur. Yəni, doğrudanmı, dünyanın bütün xainlikləri bu erməni millətində cəmlənib?

... Ermənistan tərəfi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının potensialının genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Bunu isə Ermənistanın "təp-təzə" müdafiə naziri Vaqarşak Arutyunyan yaltaq bir şəkildə rus mediasına açıqlama verərkən deyib.

"Ermənistan Respublikası ərazisindəki Rusiya hərbi bazasının genişləndirilməsi və gücləndirilməsi məsələsi hər zaman gündəmdə olub və Ermənistan bazanın bütövlükdə bir hissəsinin olması səbəbindən hər zaman bununla maraqlanıb".

Məgər, bir neçə il bundan əvvəl, Qərbin erməniləri qanadları altına alacağını güman edib rus qoşunlarının Ermənistandan "çıxarılmasını tələb edən" siz deyildinizmi? Əslində, buna tələb də bemək olmazdı, çünki bu gün ölkədəki bütün sənaye sahələrinin, ümumiyyətlə, bütün Ermənistanın dövlət kimi Rusiyanın şəxsi mülkiyyəti olduğunu təkcə ermənilər yox, bütün dünya bilir. Ona görə də, sizin o vaxt yalandan hay-həşir salmağınıza baxmayaraq, bunun adi bir şou olduğunu hamı bilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə