Konqoda İtaliya səfiri öldürülüb

Konqoda İtaliya səfiri öldürülüb

Konqo Demokratik Respublikasının Qoma şəhərində BMT Ümumdünya Ərzaq Proqramınını missiyasına silahlı hücum edilib.

SİA-nın məlumatına görə, hücum nəticəsində İtaliyanın Konqo DR-dakı səfiri Luka Attanazio öldürülüb.

Bundan başqa, səfiri müşayiət edən italiyalı polis əməkdaşı həlak olub. Azı bir nəfərin yaralandığı deyilir.

Qeyd olunur ki, hücum edənlərin məqsədi missiya üzvlərini girov götürmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə