Meksikanın HHQ-nə məxsus təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Meksikanın HHQ-nə məxsus təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” markalı təyyarə qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə “El Universal” nəşri polisə istinadən məlumat yayıb.

Verakruz əyalətinin Xalapa şəhəri yaxınlığında baş verən hadisə nəticəsində 7 nəfər həlak olub.

Hadisə yerinə xilasedicilər və dövlət rəsmiləri cəlb edilib. Hələlik Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə