Afrikada koronavirusa yoluxanların sayı 3,81 milyon nəfəri ötüb. Bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.
Məlumata əsasən, fevralın 21-i üçün Afrikada koronavirusa 3 819 576 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 100 993 nəfəri vəfat edib, 3 372 490 nəfəri isə sağalıb. Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB