Ermənistanda hakimiyyəti devirmək mitinqi FOTO/VİDEO

Ermənistanda hakimiyyəti devirmək mitinqi FOTO/VİDEO

Ötən gün İrəvanın Azadlıq Meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən çoxminlik mitinq baş tutub.

SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, mitinq, hökumət başçısının getməsini istəyən 20-yə yaxın siyasi qüvvəni birləşdirən “Vətənin Xilası Hərəkatı” tərəfindən təşkil edilib. Aksiyada müxalif siyasi və ictimai xadimlər, keçmiş deputatlar və keçmiş nazirlər, Erməni Apostol Kilsəsinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Qarabağda atəşkəs razılaşmasını imzaladıqdan sonra işğalçı ölkədə mütəmadi olaraq baş nazir Paşinyanın istefasını tələb edən müxalifət mitinqləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə