Qazaxıstanda son sutkada koronavirusa 766 nəfər yoluxub

Qazaxıstanda son sutkada koronavirusa 766 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 207 418 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 487 olmaqla 191 097 nəfəri sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə