Bolqarıstanda bir gündə 1463 nəfər koronavirusa yoluxub

Bolqarıstanda bir gündə 1463 nəfər koronavirusa yoluxub
Bolqarıstanda sutka ərzində 1463 yeni koronavirusa yoluxma halı qeydə alınıb. SİA Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 235 min 891 nəfərə çatıb. 199 min 978 nəfər sağalıb, 9 min 821 nəfər ölüb. Xəstəxanalarda 3 775 nəfər müalicə alır, 316 nəfər isə reanimasiyadadır. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə