Mərakeş hazırda bərpaolunan enerjini istehsal edən əsas ölkələrdən biridir

Mərakeş hazırda bərpaolunan enerjini istehsal edən əsas ölkələrdən biridir
Mərakeş bərpaolunan enerji mənbələrinə sərmayə qoyan, hazırda külək və günəş enerjisi sayəsində bərpaolunan enerjini istehsal edən əsas ölkələrdən biridir. SİA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru İnger Andersen bildirib. BMT-nin rəsmisi inkişaf etməkdə olan ölkələri təbiətə sərmayə qoymağa və ətraf mühitə zərər gətirməyən, yenilənmiş iqtisadiyyata nail olmaq üçün enerjinin çevrilməsində irəliləyiş etməyə çağırıb. UNEP araşdırması, həmçinin dünya iqtisadiyyatının son 50 ildə təxminən beş qat artdığını, lakin ətraf mühitə böyük zərər vurduğunu göstərir. COVID-19 pandemiyası səbəbindən istixana qazı tullantılarının azalmasına baxmayaraq, bu yüzillikdə qlobal istiləşmə selsi üzrə 3 dərəcə artacaq. Havanın çirklənməsi ilə əlaqəli xəstəliklər hər il təxminən doqquz milyon insanın ölümünə, bir milyondan çox bitkinin məhvinə səbəb olur. Bəzi heyvan növləri isə yox olma riski altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə