Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan 80 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan 80 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 80 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 983 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 857 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 631 876 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 210 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 5118 758 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə