ABŞ-da hökm sürən kəskin hava şəraiti səbəbindən ölənlərin sayı 58 nəfərə çatıb

ABŞ-da hökm sürən kəskin hava şəraiti səbəbindən ölənlərin sayı 58 nəfərə çatıb

ABŞ-ın bir neçə ştatında hökm sürən kəskin hava şəraiti səbəbindən ölənlərin sayı 58 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Məlumata görə, ABŞ-da şaxtalı hava şəraiti nəticəsində ölənlərin sayı daha çox ola bilər. Bundan əvvəl, “The Washington Post” qəzeti 47 nəfərin öldüyünü bildirmişdi.

Ölüm hallarının çoxu yenə də Texas ştatında qeydə alınıb. Bu ştat sakinlərinin çoxunu həftənin sonunda yenidən elektrik enerjisi ilə təmin etmək mümkün olub. Lakin günlərlə elektrik enerjisi olmayan bir çox evdə su boruları şaxta səbəbindən sıradan çıxıb və son 30 ilin ən sərt qar fırtınası yüz minlərlə sakini susuz qoyub. Təxminən 150 min ev hələ də işıqsız qalıb. Ştatın təxminən 14 milyon sakini su təchizatı ilə bağlı problemlərlə üzləşir. Onlardan 260 mindən çoxu içməli su əldə edə bilmir.

ABŞ Prezidenti Co Bayden güclü çovğunun fəsadları ilə mübarizə üçün Texas rəhbərliyinə federal yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə