50 nəfər pis hava şəraitinin qurbanı oldu ABŞ-da

50 nəfər pis hava şəraitinin qurbanı oldu ABŞ-da

ABŞ-da anormal soyuq hava şəraitinin qurbanlarının sayı artıb. SİA xəbər verir ki, bu barədə "Washington Post" öz hesablamalarına istinad edərək məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bir qədər əvvəl ABŞ-ı bürüyən soyuq və qarlı hava şəraiti nəticəsində 37 ölüm hadisəsi haqqında məlumat verilmişdi. "Washington Post" qəzetinin yazdığına görə, bazar günündən bəri ölkədə ən az 47 nəfər ölüb ki, bu ölüm hadisələrinin 30-u Texasda olub. Qəzetin təxminlərinə görə, hava şəraiti səbəbindən qurbanların həqiqi sayı qeyd olunandan daha çoxdur.
"Şübhəsiz ki, qurbanların sayı daha çoxdur", deyə qəzet yazır.
Bildirilir ki, anormal hava şəraiti səbəbindən qurbanların bəziləri isinməyə çalışarkən, digərləri hipotermiyadan və ya qəza ilə əlaqədar dəm qazından zəhərlənərək ölüb və hələ də qurbanların əksəriyyəti müəyyənləşdirilməyib.
Xatırladaq ki, qeyri-adi və anormal soyuq, qarlı hava şəraiti ABŞ-ın bir neçə bölgəsini bürüyüb, ən çox zərər cəkənlər Texasdadır. Qeyd edək ki, bu anomal hava şəraitin davam etməsi qurbanların sayının bundan sonra da arta biləcəyi istisna edilmir. Elə bu səbəbdən də vəziyyət ABŞ rəhbərliyi üçün real problem olaraq qalmaqdadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə