"Bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayan bir ölkə"nin bu gün zəlil bir günə düşdüyü anda, dünya ölkələri arasında özünə "mövqe" axtarması gülünc görünür. Əslində, Ermənistanın dünya ölkələri arasında çəkisi olmayan biri olduğunu təkcə mən yox, onların özləri də hələ neçə illər bundan əvvəl etiraf etmək məcburiyyətində qalıblar. Məsələn, yazının əvvəlidə gətirdiyim sitat mənim şəxsi fikrim deyil, erməni şərqşünas alim Kerop Patkanovun milləti haqqında etirafıdır.
SİA yenidən erməni mənbələrinə istinad edir.
Beləliklə, bu yaxınlarda Afinada Yunanistan, Kipr, Fransa, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri yığışıb xudmani bir forum keçiriblər. Burada elə bir problem görünməməlidir. Dövlətlərdi də, yığışıb dərdləşirlər, və ya elmi dildə desək, fikir mübadiləsi aparırlar. Burada axı, nə poblem. Amma, sən demə varmış. Özü də sizə balaca, ermənilərə isə "böyük" görünən bir problem. Necə olur, "anti-türk" səpkili forum keçirəsən, Ermənistanı bu tədbirə dəvət etməyəsən. Sizi bilmirəm, mənim yadıma burada Nikolay Qoqolun "Dəlinin qeydləri" əsərindəki qəhrəmanın monoloqu düşür. Təbii ki, xudmani forumun iştirakçıları Ermənistanı bu məclisə dəvət etməməkdə çox böyük yanlışlıqlara yol vermiş olublar. Təcadüfi deyil ki, bu gün Ermənistandakı başbilənlərin bir çoxu hələ də tədbirdə Ermənistanın yeri göründüyü üçün ölkə rəhbərliyini söyürlər. Onun siyasətdəki naşılığını yenidən başına qapazlayırlar. Bu arada xalqı sakitləşdirib, məsələnin əsl məğzini xalqa izah etmək üçün erməni axtarırlar və tapırlar: erməni şərqşünas alim Ruben Safrastyan.
Beləcə, Türkiyəyə qarşı "anti-türk" bir ittifaqın çoxdan qurulduğunu şəstlə ehtimal edən erməni alim, təkcə bir şeyə təəccüflənir: ittifaqa qatılan ölkələrin bir-birindən uzaqda, fərqli geosiyasi mövqe və çəkiyə sahib olmasına. Bununla yanaşı, o ermənilərə xoş gəlməyən bir şeyi də etiraf edir. Deyir ki, bu müttəfiqliyin Türkiyəyə qarşı birgə ciddi "anti-türk" hərəkətlərindən danışmaq hələ tezdir. Niyə? Çünki "anti-türk" müttəfiqliyində, olmalı olan Ermənistan yoxdur.
Bax, Ruben Safrastyan əsl şousunu bundan sonra döşəyir. Deyir ki, vaxtilə Aralıq dənizinin şimal-şərqində dünyanın bütün dövlətlərinin "gücünə, qüdrətinə həsəd apardıqları" Kilikiya adlı böyük bir erməni dövləti olub. (Ayə, dünyada sayı heç 10 milyonu keçməyən bu erməni dığalarının nə qədər dövləti varmış...) Guya bu dövlət bütün bölgənin siyasi həyatında kifayət qədər əhəmiyyətli bir rol oynayırmış. Ona görə, heç olmasa, "anti-türk" dövlətlər, bu "tarixi həqiqətləri" əsas tutub bizi bu tədbirə dəvət edməliydilər. ...Sizi bilmirəm, erməninin bu çağırşımı deyim, yalvarışımı deyim mənə "itə sahibinə görə, hörmət edərlər" məsəlini xatırlatdı. Amma erməniyə deyim ki, ay erməni, bunlar artıq keçmişdə qalıb. Rubenə anlatmaq lazımdır ki, indi sahibinə itinə görə heç kim hörmət eləmir.
Niyə uzağa gedirsiniz. Bunun bariz nümunəsini bu yaxınlarda hələ də kölgəsinə sığındığınız Rusiyanın sizə göstərdiyi "münasibətdə" gördünüz.
Əslində, bu gün ermənilərə rahatlıq verməyən təkcə "anti-türk" məsələsi deyi. Bu gün erməniləri Azərbaycanla Gürcüstan arasındakı inteqrasiya da az narahat eləmir. Türkiyə-Pakistan ittifaqını isə gözdən salmaqdan üçün min oyundan çıxırlar. Pakistanın nüvə silahına sahib olmasını çılız Ermənistan üçün "böyük təhlükə" sayırlar. Türkiyənin də gələcəkdə özünə uyğun imkanlar yaratmaq üçün Pakistanın nüvə sahəsindəki imkanlarından istifadə etməyə çalışdığını bildirilər. Təbii bunlar hamısı erməni genindən gəlir, necə deyirlər "ilan qabığın dəyişsə də, xasiyyətin dəyişməz".
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB