Deyildiyi kimi, erməni sabiqləri hazırda İrəvanda yaranmış vəziyyətdən bütün vasitələrlə istifadə edərək, yararlanmağa çalışırlar. Bunu bəzi ermənilər də anlayıb, artıq dilə gətirməyə başlayıblar. Təbii ki, Ermənistanda politoloq kimi, elə də bir çəkisi olmayan Levon Şirinyan da sabiqlərə “öz töhfəsini” verməyi özünə borc bilib. Bunu, bəlkə də bir müddət əvvəl Şirinyanı erməni mətbuatında “yaş yuyub quru sərmələri”, lori dildə desək, onu baş nazir Nikol Paşinyanın təbliğatçılarından biri kimi təqdim etmələri ilə də əlaqələndirmək olar.
Məsələ budur ki, həm Robert Köcəryan, həm də Serj Sarkisyanın son günlər siyasi fəaliyyətlərini artırıb mübahisələr verib özlərindən “ideal şəxsiyyət”lər yaratmağa çalışmalar, Şirinyana görə, onların erməni cəmiyyətində heç bir siyasi çəkisləri olmaması ilə bağlıdır. Onun fikrincə, keçmiş prezidentlər bu gün ölkəi qeyri-sabit vəziyyətdə saxlamaq məqsədi ilə başlatdıqları siyasi prosesləri ayaqda saxlamağa çalışırlar.
Maraqlıdır ki, erməni politoloq nə Köçəryanın, nə də Sarkisyanın niyyətlərinə çatmaq üçün xalqdan yardım və dəstək almayacağına əminlik bildirir.
Qeyd edək ki, Şirinyan ermənilərin 20 fevralda toplaşacağı mitinqə də faydasız bir cəhd kimi baxır.
Sarkisyanın son günlər erməni telekanalına verdiyi mübahisəyə diqqət çəkən politoloq Serjin həmin məsələləri niyə məhz indi xalqa çatdırdığını sual kimi ona ünvanlayır. Onun fikrincə, Sarkisyan hakimiyyətdə olduğu ərəfədə də xalqı aldadırmış. Şirinyana görə bunu Robert Köçəryana da şamil etmək olar. Ona görə də, politoloq erməniləri eks-prezidentlərin heç bir açıqlamalarına inanmamağa, milləti dövlət qurma prosesi ətrafında birləşdirməyə çağırır. Qeyd edilməlidir ki, təbliğ etdiyi Nikolun davamçısı kimi, Ermənistanın artıq sabitliyə doğru irəlilədiyini bildirən Şirinyan dövlətin vahid bir orqan kimi mövcud ümidsizlik və təşkilatlanma mühitindən çıxmağın yolunu millətin konsolidasiyasında gördüyünü bildirir.
Konsolidasiyanı heç bir şəkildə keçmiş dövlət rəhbərlərinə aid etməyən erməni politoloq onları buna görə məsuliyyətə cəlb edilməyi təklif edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB