Canavar tək olanda başına çaqqal-çuqqal yığilar. Məsəli əsassız çəkmirəm. Bir erməni gədəsi var - David Babayan. Bir müddət bundan əvvəl Ermənistanı arxasında bilib Azərbaycana "meydan" oxuyurdu. Müharibə zamanı hansısa dəliyə girmişdisə səsi-sorağı gəlmirdi. İndi "ara xəlvət, tülkü bəy" deyimini əsas tutaraq yenidən peyda olub. Özü də, saxta "səlahiyyətli" gədə kimi. Yəni heç bir səlahiyyət sahibi olmayan Araik Arutyunyanın yanında işə götürülüb. Sizi bilmirəm, belələrini görəndə, məndə dünyanın sonu ilə bağlı deyilənlərə inam bir az da artır.
SİA erməni saytlarına istinadən yazır.
Belıliklə, Babayan nə deyir. Deyir ki, azərbaycanlıların Qarabağa səfərlər etməsinə dünya qadağa qoymalıdır. Guya bu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Erməni xalqının soyqırımının davam etdirilməsinə çağırışdır. David Babayana görə, ATƏT-in Minsk qrupu effektiv bir formatdır. Ona görə, qrupun formatı qorunmalıdır. Dünya bizimlə hesablaşıb, məsələni bizim nəfimizə həll etməlidir. Çünki biz seçilmiş xalqıq və daha nələr...
Babayan Xocalı hava limanının fəaliyyətinin bərpa olunacağına inandığını bildirir.
Erməni gədəsi bilirsiniz sonra nə deyir? Deyir ki, bu gün qəriblikdə yaşayan ermənilər üçün rus dilinin ikinci rəsmi dil kimi tanınması çox vacibdir. Buna rus xalqı ilə tarixi əlaqələrimiz baxımından nəzər salmaq lazımdır. Rus dilinin öyrənilməsinin ən vacib cəhətlərindən biri də Rusiyada erməni diasporunun olmasıdır. Onlar olmasa, biz acından qırılarıq.
Maraqlıdır ki, əvvəllər "basılmaz" Ermənistanın onlara "krışalıq" etdiyindən danışan Babayan, nədənsə, bu dəfə heç İrəvanın adını belə çəkməyə lüzum görmür. O ancaq erməni diasporasının olduğu ölkələrlə əlaqələri gücləndirməyi münasib bilir. Baş aparmağa dəyməz, ermənidir də...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB