Ermənistanda belə bir müxalifət partiyası var - “Maariflənmiş Ermənistan”. O gün danışmağa rəvac verən həmən partiyanın lideri Edmon Marukyan Ermənistanın siyasi sahəsini qapalı bir zəncirə bənzədib. Onun fikincə, bu zəncirin əlaqələri keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyandır. Maraqlıdır ki, Marukyanın iddiasına görə, hadisələr bu əlaqələr ətrafında cərəyan etdikcə, hazırkı baş nazir Paşinyan hələ də hakimiyyətdə qalacaq. SİA erməni mətbuatına istinad edərək bildirir.
Qayıdaq Manukyana. Marukyana görə, keçmiş prezidentlər ambisiyalarından imtina edərlərsə, cəmiyyət fobiyalardan qurtulacaq və Paşinyana yeganə alternativ olmadıqlarını başa düşəcəklər. Əslində,
bütün bunlar keçmiş rejimin nümayəndələrinə getdikcə daha çox yeni sualların fonunda baş verir. Məsələn, Paşinyanı korrupsiyada ittiham edib “halalıqdan danışan” Serj Sarkisyana sual olunur: niyə Qarabağ ərazisinə daxil olmayan yeddi Azərbaycan rayonunun “inkişafı” ilə bağlı diaspordan cırpışdırdığınız pulların taleyi barədə danışmırsınız. Belə çıxır ki, oğrunun böyüyü elə sizsiniz. Bundan əlavə, bu ərazilərdə hidroelektrik stansiyalarının inşası layihələrinin icrası üçün yüz milyonlarla dollar dəyərində kreditlərin alınması üçün bütün sənədlərin altnda sənin imzan dayanır, Serjik. Məhz elə buna görə, oğrunun kənarda oğru axtarması adama gülməli gəlir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB