Bu gün Ermənistanda hərbi vəziyyət davam edir. Maraqlıdır ki, Ermənistan konstitusiyasına görə, ölkə parlamentindəki səs çoxluğu hərbi vəziyyəti ləğv etmək hüququna malik olsa da, Nikol Paşinyan buna icazə vermir. Qeyd edək ki, əvvəllər Nikol bunu Azərbaycandakı hərbi vəziyyətin saxlanılması ilə əlaqələndirirdisə, indi isə onun bunu deməyə heç bir əsası yoxdur. Cünki Azərbaycanda artıq iki aydan coxdur ki, hərbi vəziyyət aradan götürülüb. Bu gün erməni deputatların böyük əksəriyyətinin fikrincə heç bir səbəb olmasa da, lakin Paşinyan hərbi vəziyyəti ləğv etməyə hələ ki, tələsmir. SİA yenidən erməni mənbələrindəki xülasələrə istinad edir.
Qeyd edək ki, ermənilər hələ də konstitusiyanı əsas gətirərək, 9 noyabr və 11 yanvar tarixlərində imzalanan sənədləri həyata keçirmək üçün Paşinyana yeganə hüquq verilmədiyini iddia edirlər. Onların iddisına görə, “suveren” bir dövlətin sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə mümkün olmalıdır. Amma bu gün Ermənistandakı hərbi vəziyyət ölkədə referendum keçirməyi qadağan edir.
Maraqlıdır ki, ermənilər Paşinyan hökumətinin xalqdan gizlətməyə çalışdığı başqa sənədlərin də ola bilməsini istisna etmirlər.
Məsələn, erməni politoloq Stepan Danielyan üç il əvvəl Ağ Evin milli təhlükəsizlik müşaviri olan Con Boltonun İrəvan səfəri zamanı razılaşdırılmış hər hansı bir sənədin də yaxın gələcəkdə ortaya çıxa biləcəyindən ehtiyatlanır.
Hazırda ermənilər Nikol Paşinyanın Qarabağla bağlı danışıqların durğun vəziyyətə gətirib müharibəni uduzmasını, indi isə Sünikin də təslim etməyə davam etməsini yalnız sənədlərlə təsdiqlənmədiyini iddia edirlər.
Başqa bir erməni politoloq Qeqam Nazaryan isə bu gün də erməni əsgər və zabitləri arasında sorğu keçirməkdə davam etdiyini, sorgunun bəzi nəticələrinə görə, müharibənin məğlubiyyətə sonunclanmasında “şübhəli dəlillər” əldə etdiyini bildirib. Paşinyanın mühakiməsinin Nürnberqə layiq olduğunu bildirən erməni politoloq tezliklə “Nikolun xəyanətinə” dair bütün həqiqətləri ortaya qoyacağını bildirib.
Maraqlıdır ki, o da bütün bunların Paşinyanın istefasından və ölkədə hərbi vəziyyətin aradan qaldırılmasından sonra baş verəcəyini bildirib.
Mənə maraqlıdır. Məsələn, ötən gün Sarkisyanın Paşinyanı istehza ilə “dünyanın ən dürüst səlahiyyətlisi” və “demokratiya qalası”nın sahibi kimi təqdim edərək, müharibədən milyonlar qazandığını deməklə nəyə nail olmaq istədiyini hələ də anlamıram. Serjikə xatırlatmaq gərək, axı, Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl sizin onunla keçirdiyiniz beş dəqiqəlik debatda onu haqlı bilib getmənizi (buna aradan çıxmaq da demək olar), yadınıza salmağa ehtiyac varmı? Dünyanın müxtəlif ölkələrindən gözəl güzaran vədi ilə aldadıb Qarabağa gətirtdiyin ermənilərin burada müvəqqəti məskunlaşdığını sən Nikoldan da yaxşı bilirdin. Sən, tülküdən də üç gün qabaq doğulanın biri kimi, Azərbaycanın gec-tez indi düşdüyünüz həyatı sizlərə yaşadacağını, yəni öz torpaqlarını geri alacağını çox yaxşı bilirdin. Sən bəlkə də. həmin zamanın yetişdiyini anladığın üçün o vaxt, o beş dəqiqəlik debat zamanı Nikolun hakimiyyətinə gəlməsinə mane olmadın. Amma, indi türklər demiş, nə yazıq ki, çanaq Nikolun başında sındı.
Hazırda qurmaq istədiyiniz Nürnberq mühakiməsində Paşinyanın yanında oturymağa erməni axtarırsınız. Vaxtilə səninlə “silahdaş” olub günahsız, silahsız insanları öldürən Vitali Balasanyanı, Araik Arutyunyanı, daha nə bilim kimləri indi rusun kuklaları adlandırısız. Əslində, bu belə də olmalıydı. Çünki bu ermənilərin xislətindən irəli gəlir.
Yeri gəlmişkən, mənə görə, qurmaq istədiyiniz Nürnberq mühakiməsində Paşinyanın yanında oturmağa ən layiqli namizədlər elə səninlə Robert Köçəryandır. Levon Ter-Petrosyanın işi onsua da Allaha qalıb…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB