“NATO-nun yeni strateji konsepsiyası Rusiya və Çini qarşı yönələcək”. SİA rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib.
Xatırladaq ki, ötən gün Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində ilk iclası keçirilib. İclasdan sonra müdafiə nazirləri jurnalistlərin suallaını cavablandırıblar.
Qeyd edilməlidir ki, Stoltenberq təşkilata daxil olan ölkələrin dövlət və hökumət başçılarına blokun strateji konsepsiyasını yeniləməyi təklif edib. O, təklifini “bunun üçün vaxt gəldi” şəklində əsaslandırıb.
Son dəfə 2010-cu ildə qəbul edilən konsepsiyanın ittifaqın ehtiyaclarına çox uyğun gəldiyini diqqətə çatdıran baş katib, buna baxmayaraq, yeni konsepsiya təklifini dəyişən vəziyyətlə əlaqələndirib.
Onun fikrincə, 2010-cu il konsepsiyasında iqlim dəyişikliyi və eyni zamanda Çinin yüksəlişini nəzərə almayıb.
Maraqlıdır ki, Stoltenberq konsepsiyanı Rusiya ilə münasibətlər baxımından da yeniləməyə çağırıb. Baş katibə görə, 2010 konsepsiyası Rusiya ilə strateji tərəfdaşlıqdan bəhs etsə də, amma son vaxtlar Moskva aqressivlik nümayiş etdirməkdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB