"ABŞ strateji bombardmançı təyyarələrini Norveçdə yerləşdirməyə davam edəcəkdir" - ABŞ HHQ rəsmisi

"ABŞ strateji bombardmançı təyyarələrini Norveçdə yerləşdirməyə davam edəcəkdir" - ABŞ HHQ rəsmisi

ABŞ, çox ehtimal ki, strateji B-1 bombardmançı təyyarələrini Norveçdə müvəqqəti yerləşdirməyə davam edəcəkdir.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi hava qüvvələrinin (HHQ) Baş qərargah rəisi general Çarlz Braun məlumat verib.

General daha sonra deyib: "Hər şey böyük dövlətlərin rəqabəti ilə əlaqədardır. Əgər sizə bu prosesin nə zaman baş tutacağını dəqiq desəm, siz bu barədə danışacaqsınız, və mən rəqabət apara bilməyəcəyəm. Rəqiblərimizin çaşqınlıq içində olmalarına üstünlük verirəm".

"Hava gücünün gözəlliyi budur - həqiqətən hər an istənilən bir yerə hərəkət etmək bacarığı. Bunun üçün dünyada daha çox ABŞ bombardmançılarını görəcəyinizi gözləyə bilərsiniz", - deyə Baş qərargah rəisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə