Finlandiyada yeni koronavirus ştammı aşkarlanıb

Finlandiyada yeni koronavirus ştammı aşkarlanıb

Finlandiyada yeni koronavirus ştammı aşkarlanıb, onun yoluxma səviyyəsi mütəxəssislər tərəfindən müəyyənləşdirilir.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, mutasiyanın qeydə alınması yerli "Vita Laboratoriot" mərkəzi tərəfindən təsdiqlənib. Ştamma "Fin-796H" adlandırılıb. Həkimlərin sözlərinə görə, yeni növün tərkibində ingilis və cənubafrikan ştammlarında olan mutasiyalar var.

Finlandiyada koronavirusa yoluxanların sayı son sutkada 548 nəfər artaraq 51 595-ə çatıb. Ümumilikdə ölkədə infeksiyanın yaratdığı fəsadlardan 723 nəfər dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə