Tbilisi məhkəməsi "Vahid Milli Hərəkat"ın sədrinin həbsinə qərar verib
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melia barəsində həbs-qətimkan tədbirinin görülməsi barədə qərar qəbul edib.
SİA xəbər verir ki, məhkəmə prokuror Mixeil Sadradzenin ödənilməmiş 70 min lari girov müqabilində əvəzetmə tədbiri olaraq N. Melianın həbs edilməsi ilə bağlı iddiasını qəbul edib.
İclas müdafiə tərəfinin qaldırdığı vəsatət əsasında ölkə televiziyalarında canlı yayımlanıb. 6 saat davam edən iclasda N.Melia iştirak etməyib.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti Baş Prokurorluğun müraciətinə əsasən müxalifət rəhbərinin toxunulmazlığını dayandırıb. Parlament üzvlərindən 88-i onun toxunulmazlığının götürülməsi dəstəkləyib.
Xatırladaq ki, 2019-cu ilin iyununda Tbilisidə “Qavrilov gecəsi” kimi tanınan polis-vətəndaş qarşıdurmasına təhrik etməklə ittiham edilərək saxlanılan N. Melia 30 min lari girov qarşılığında şərti azadlığa buraxılıb.
Partiya rəhbəri ötən il noyabrın 20-də ictimai qaydada elektron qolbağını çıxarıb. Nəticədə onun girov məbləğinə 40 min lari əlavə edilib və məbləğin ödənilməsi üçün 5 fevral 2021-ci il tarixinədək 50 gün möhlət verib.
N.Melia girovu ödəməkdən imtina edib və Baş prokuror onun toxunulmazlığının götürülməsi üçün parlamentə müraciət edib. N.Melia ötən ilin dekabrında sabiq prezident Mixeil Saakaşvilinin əsasını qoyduğu müxalif "Vahid Milli Hərəkat” partiyasının sədri seçilib. Partiya ötən ilin oktyabrında keçirilən 10-cu çağırış parlament seçkilərində 150 parlament yerindən 36-nı əldə etsə də, seçkilərin nəticələrini tanımadığını və mandatlarından imtina etdiyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



