Türkiyə Müdafiə Nazirliyi ölkənin cənubundan - Suriyadan qeyri-qanuni yolla Türkiyəyə keçməyə cəhd edən beş Rusiya vətəndaşını həbs edib. Verilən xəbərə görə, tutulanlardan birinin İŞİD terror qruplaşması ilə əlaqəli olduğu müəyyənləşib.
SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
Hatay vilayətinin Narlija bölgəsindəki Türkiyə-Suriya sərhədində, Suriyadan Türkiyəyə qanunsuz keçməyə cəhd edən, altı nəfər tutulub. Tutulanlardan beş nəfəri Rusiya vətəndaşlarıdır. Həbs edilən Rusiya vətəndaşlarından biri İŞİD üzvü kimi axtarışa verilən qadındır.
Xatırladaq ki, İŞİD adı ilə tanınan terror təşkilatı 2006-cı ildə bir sıra terror qruplarının birləşməsi nəticəsində meydana gəlmişdi. Təşkilat, 2014-cü ilin yayında, İraqın şimal və qərbindəki genişmiqyaslı hücumlar zaman geniş nüfuz qazanmışdı.
Xatırladaq ki, İŞİD kimi tanınan terror təşkilatı bu gün Rusiyada qadağan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB