Vazgen Ermənistan sərhədlərinin açılmasından qorxur. Təbii ki, əsası da var. Çünki çox yaxşı bilir, belə bir özülsüz “demokratık” dövlətin “yaradıcı”larından biri olub axı... Xatırladım ki, vaxtilə Ermənistanın ilk baş naziri olan Vazgen Manukyan, daha sonralar isə müdafiə naziri işləyib.
SİA erməni mətbuatına istinad edır. Qeyd edim ki, bir müddət bundan əvvəl Manukyan sinəsinə döyüb Ermənistan üçün əldə etdiyi “uğurlar”ını sadalayırdı. Amma ondan soruşan yox idi ki, əgər siz doğrudan da, belə “uğurlu” bir dövlət qurmusunuzsa, bu halda indi nədən qorxursunuz? Amma Vazgen yaman qorxur. Bir neçə gədə-güdə ilə yaşadığı ölkədə tək qalacağından qorxur. Mən Ermənistan demədim. Ona görə, Vazgen deməsə də, Ermənistanın dövlət kimi xəritədən silinməsindən qorxur. Bəli, erməni səlahiyyətliləri Ermənistan sərhədlərinin qapalı saxlanmasını istəyirlər. Amma mənə maraqlıdır, görən, İrəvanda bütün erməni səlahiyyətliləri sərhədlərin qapalı saxlanmasını istəyirlərmi? Mən əminliklə deyirəm, əlbəttə ki, yox! Əsas da gətirirəm. Əslində, bu, Paşinyanda da əvvəl, həm Robert Köcəryanın, həm də Serj Sarkisyanın hakimiyyətləri dövrlərində sınaqdan keçirilmiş metoddur. Yəni əhalisi az olan ölkənin problemi də az olar. Ermənilər ölkədən qaçmırlar, qoy, qaçsınlar. Təbii ki, indiki halda bu, Nikol Paşinyana sərf edir. Amma bu gün Ermənistanda Vazgenə baş nazir olmaqda yardımçı olacaq beş-altı erməninin də ölkədən qaçanlar arasında olması, təbii ki, Manukyana sərf etmir. Hazırda Vazgenə dəstək olacaqlarına söz verib indi aradan çıxmağa çalışan ermənilərə deyən gərək, ay erməni “kişi”yə söz vermisinizsə, əməl də edin. Yəni, Manukyanı baş nazir edəndən sonra hara cəhənnəm olursunuz olun.
Maraqlıdır ki, Vazgen Manukyan ermənilərin ölkədəki köçünün təkcə işsizliklə yox, həm də sabaha olan inamsızlıqlarıyla əlaqələndirməkdə haqlıdır. Amma sizi bilmirəm, mən Vazgenin elə sabah baş nazir olacağı təqdirdə hazırda ermənilərdə olmayan ümidin “bərpa” edəcəyinə inanmıram. ...neynən ay Al..., lənət sənə kor şeytan!
Bu gün Manukyan ölkədə nəzərəçarpacaq bir nəticə əldə etmək üçün çox vaxt lazım olduğunu söyləyir. Bu da başadüşüləndir. Axı, hər şeyi vaxt həll edir. Yadınıza gəlmiş olar, Serj Sarkisyan hakimiyyətdə olduğu dövrdə 2050-ci ilə qədər Ermənistandakı ermənilərin sayının 5 milyona çatdıracağına söz vermişdi. O da vaxt istəyirdi. Şərti də var idi: ölkənin səlahiyyətli vəzifələrindən birində “fəaliyyətini” davam etdirmək. Təbii ki, bu da başadüşüləndir. Doğulan, erməniləri siyahıya alıb sayan bir kəs lazım idimi? Əlbəttə lazımdır. Erməni xalqı “doğru, etibar ediləsi xalq olsa da” hər bir insan səhv edə bilər. Ona görə, bu işi “təmiz” bir erməni kimi Serjikə həvalə etmək olardı. Amma...
Deyəsən, Manukyandan bir az uzaq düşdük axı...yadıma düşdü, ermənilərdən vaxt istədiyini deyirəm. Vazgen deyir ki, mən baş nazir olandan sonra, ilk vaxtlar atacağım addımlar elə də uğurlu nəzərə çarpmaya bilər. Amma inamlı olmaq, oturub gözləmək lazım gələcək, necə deyərlər ...ey qora səndən...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB