“Rusiya Şimali Atlantika İttifaqına daxil olan bütün dövlətlər üçün tətlükədir”. SİA rus mətbuatına istinad edərək bildirir ki, bu fikirləri NATO-nun səlahiyyətli sözçüsü təşkilatın keçirdiyi brifinq zamanı səsləndirib.
Onun sözlərinə görə, Rusiya ABŞ da daxil olmaqla bütün NATO müttəfiqləri üçün açıq bir təhlükə yaradır. Sözçü Rusiyanın məqsədinə çatmaq üçün hər vasitədən, hərbi gücdən belə istifadə etməkdən çəkinmədiyini, şəffaflıq və proqnozlaşdırmanı pozduğunu bildirib.
Qeyd edək ki, NATO sözçüsü Vaşinqtonun “təcavüzkar hərəkətlərinə görə, Moskvanı məsuliyyətə cəlb edərək” öz maraqlarını irəli sürmək niyyətində olduğunu söyləyib.
Maraqlıdır ki, sözçüdən Rusiyanın yaratdığı təhlükənin nədən ibarət olduğunu soruşduqda, o, Moskvanın avtoritar yanaşması ilə dünyadakı təhlükəsizlik və sabitliyi pozmaq istəyini, bununla yanaşı, Çinlə olan iş birliyində gördüyünü bildirib. Onun fikrincə, Rusiyanın bütün bu hərəkətləri qlobal təhlükəsizliyə xələl gətirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB