Şuşannadan erməni düdük calanlarına çağırış

Şuşannadan erməni düdük calanlarına çağırış

Bu gün can verən vicudu ilə yenə də qonşularına "meydan oxuyan" ermənilər, maraqlıdır ki, bundan sonra daha özlərinin milli zəkalarına etibar edəcəklərini bildirirlər. Onlar guya bu gün Ermənistanı tərk edənlərin xəyal qırıqlığını başa düşsələr də, insan axınının qarşısını almaq və ya azaltmaq üçün yollar axtarırlar. Ermənilərin şüuruna görə, belə bir fenomenə hər zaman "anlayışla" yanaşmaq da mümkün deyil. ...Belə görünür ki, yenə də söyülən Nikol Paşinyan olacaq. Bu dəfə isə erməni müğənni, sabiq deputat Şuşan Petrosyanın ifasında.

SİA bu barədə erməni mənbələrinə istinad edir.

Beləliklə, ermənilərin məşhur müğənni kimi təqdim etdikləri Şuşan Petrosyan dərdləşmək üşün başına yığdığı erməni jurnalistlərə Paşinyan və onun komandasının hakimiyyətdə qalmasını ölkəsi üçün böyük faciə sayıb. (...o kinoda necə deyilir: ...həmin dalğa, həmin koordinat).

Maraqlıdır ki, "vətənini satıb hakimiyyətdən getməyən insanların hələ də kreslolarından möhkəm yapışdıqlarını" bildirən müğənni, bundan bərk narahatlıq keçirdiyini, hətta qorxduğunu da gizlətməyib. Onun fikrincə, artıq Qarabağdan sonra Ermənistanın özünü itirməyə başlamışıq.

Müxalifət partiyalarının 20 fevral tarixinə planlaşdırılan genişmiqyaslı mitinqinə toxunan Petrosyan bütün ermənilərlə yanaşı, düdük calandan tutmuş özü kimi plagiatlıq edən bütün sənət dostlarını mitinqə qatılmağa çağırıb. İqtidardakıları "vətənini satan Yəhuda" adlandıran müğənni, bütün erməniləri onlara qoşulmağa çağırıb.

...Belə görünür ki, bu həna o hənadan deyil. Bir halda ki, Şuşan Petrosyan "bizim üçün ən vacib olanı hakimiyyətin dəyişməsidir", -deyirsə, deməli, bu artıq Nikol üçün sondur. Çünki, Şuşan başda olmaqla, erməni manısları Paşinyana qarşı böyük qüvvədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə