“Bu gün baş naziri Nikol Paşinyan məqsədyönlü şəkildə ölkəni vətəndaş müharibəsinə aparır”. SİA ermənilərin NEWS.am saytına istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan bu fikri səsləndirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl ikinci ən böyük erməni şəhəri olan Gümrüdə Paşinyan tərəfdarları mitinq keçiriblər. Deyilənə görə, təqribən min nəfərə qədər erməninin qatıldığı mitinqdə Nikol tərəfdarları baş nazirə dəstək olaraq “alovlu” çıxış ediblər. Deyilənə görə, çıxış edənlərdən bəzisi hətta son müharibədə qalib gəldiklərini də bildirib. Yeri gəlmişkən bir xatırlamanı yadınıza salım. Xatırlayırsınızsa, Pasinyan hakimiyyətə gəldiyi ərəfədə ruslara xoş görünmək üçün arada onların da ünvanına, ötəri də olsa, xoş sözlər səsləndirirdi. Təbii ki, həmin ərəfədə, onun rusların ünvanına səsləndirdiyi “xoş sözlər”in nəyə hesablandığı hamıya məlum idi.
Biz Rusiyanın düşməni deyilik… Rusların 102-ci hərbi bazasının məhz bu şəhərdə - Gümridə yerləşdiyini nəzərə alacağımız təqdirdə deməli, Paşinyanın əvvəldən elə də sadəlövh olmaması qənaətinə gəlməliyk. Həmin ərəfədə Paşinyanın rus hərbi bazası yaxınlığında səsləndirdiyi bu çağırışların ruslar tərəfindən də eşidildiyini istisna etmirdi. Deməli, söyləməyə əsas var: Paşinyan Qərbi “sevdiyi” kimi, Rusiyanı da “sevir”miş. İndi, belə görünür ki, o hətta Rusiyanı Qərbdən də çox sevirmiş.
Belə olan halda, Naira Zohrabyanın Gümridəki son mitinqi tənqid etməsi, dəstək mitinqinə toplaşanların əksəriyyətinin Paşinyanın əsabələri olduğu barədə səsləndirdiyi fikirlər məncə, yersizdir. Belə görünür ki, ermənilərin müəyyən qismı Nikolu sevməkdə hələ də davam edirlər. (Paşinyanın Rusiyanı sevdiyi kimi...)
Amma, neynəyəsən ki, qələm düşmən əlindədir... Döşəyirlər, yazıq Paşinyanın qabırğasına. Sizi bilmirəm, amma mənim keçmişi elə də ideal bir qadın olmayan Nairaya bir sualım var: Naira can, mənə maraqlıdır, sən elə düşünürsən ki, hakimiyyətdə Nikol Paşinyan yox, lap elə sənin 2014-cü ilə qədər şad-xürrəm yaşadığın həyat yoldaşın Samvel Mkrtçyan olsaydı Ermənistanı gözəl günlərə çıxaracaqdı?
Nikol Paşinyanı müharibədə ağır məğlubiyyətə uğrayan ölkənin baş naziri olaraq qalmaqda ittiham edirsən? Amma unutmaq istədiyin bir şeyi yadına salım: Ermənistanın qürubu hələ Levon Ter-Petrosyan prezident olarkən, sənin, bəli, məhz elə sənin kimilərə “qonşularımıza etdiklərimizin bumeranq olub özümüzə qayıdacağını” dediyi sözləri xatırlatmaq istəyirəm.
Təbii ki, bəlkə də unutmamısan. Bu gün ölkə iqtisadiyyatının defolt vəziyyətə çatmaq ərəfsində olduğunu Nikolun adına yazmaq nə dərəcədə düzgündür? Axı, siz ermənilər həmişə ələbaxan xalq olmusunuz. Yadınıza onu da salım ki, vaxtilə 15 Sovet Respublikaları arasında iqtisadi göstəricilərə görə Ermənistan 14-cü yerdən yuxarı qalxmayıb. İndi sənə sual erirəm: bu, bəbəxt Nikol, xaricdən fiziki şəxslər tərəfindən Ermənistana göndərilən ianələri hansı əsasla ölkə iqtisadiyyatının inkişafına yönəldə bilərdi.
Naira can, xatırlayırsan, Paşinyan hakimiyətə gəldiyi ilk günlərdə Moskvadan erməni iqtisadçı Abel Aqanbekyanı "erməni iqtisadiyyatını qaldırmağa" yardım etmək üçün çağırmışdı. Amma, Ermənistanın olmayan perspektivləri barədə məlumatlı olan Abel elə qaçdı ki, hələ də o gedəndi.
...Erməni qadına Nikolu müdafiə etməkdən uzaq olduğumu bildirərək, xatırlatmaq istəyirəm ki, bu gün Ermənistanda yaşanan naqisliklərdə başqa ermənilər kimi, məhz onun da deputat kimi böyük xidməti olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB