459 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 13 233 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 099 323 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 459 nəfər artaraq 80 979-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 624 663 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə