Polis məntəqəsinə hücum - 4 ölü, 2 yaralı

Polis məntəqəsinə hücum  - 4 ölü, 2 yaralı

Əfqanıstanın cənub-şərqindəki Zəbul vilayətində "Taliban" silahlıları tərəfindən polis məntəqəsinə olunan hücum nəticəsində 4 polis əməkdaşı həlak olub. SİA-nın xəbərinə görə, bu barədə Zəbul vilayətinin polis rəisi Hikmətullah Koçi açıqlama verib.

O qeyd edib ki, hücum nəticəsində təhlükəsizlik əməkdaşlarının 4 üzvü öldürülüb, 2-si isə yaralanıb. Hücumu həyata keçirən silahlıların bir çoxu zərərsizləşdirilib. Bölgədə terrorçulara qarşı əməliyyat davam etdirilir. "Taliban" silahlı hücumla bağlı hələ ki, açıqlama verməyib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə