Koronavirus can almaqda davam edir

Rusiyada son bir gündə daha 14 207 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 086 090 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 394 nəfər artaraq 80 520-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 607 036 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə