Rusiyada pandemiya səbəbindən dələduzların sayı artıb

Rusiyada pandemiya səbəbindən dələduzların sayı artıb

“Bu gün Rusiyada pandemiyanın yaratdığı problemlərdən yararlanmağa calışan dələduzların sayı artıb”. SİA bu barədə rus mətbuatına istinad edərək bildirir.

Qeyd edək ki, ötən il COVID-19 fonunda Rusiyanın elektron ticarət bazarının fəaliyyəti 44 faizə qədər çoxalıb. Bunula yanaşı elektron ticarətin vasitələrindən yararlanan saxtakarlıqların da sayı artıb.

Belə ki, saxtakarlar internet vasitəsi ilə vətəndaşlara bir sorğu və ya kampaniyada iştirak etmələrini təklif edərək onların pullarını əllərindən alırlar.

Xatırladaq ki, saxtakarlar sadə insanları aldatmaq üçün müxtəlif variantlardan istifadə etməyə calışırlar. Məcələn bu günlərdə yalançı bir “satıcı”nın yalanına uyan sadə alıcı 10 min rublundan olub.

Maraqlıdır ki, Rusiyadakı bank mütəxəssisləri 2020-ci ildə 60 faizdən artıq saxta hücumların məhz onlayn alqı-satqı vasitəsilə həyata keçirildiyini bildiriblər.

Keçən il 7.4 mindən çox bu cür resursun aşkar edilib qarşısının alındığını bildirən bank mütəxəssisi fırıldaqçıların promosyon və yarışmalar üçün saxta poçt və reklamlardan istifadə etdiklərini də bildirb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə