"Terrorçular 13 Türkiyə vətəndaşını qətlə yetirib" Hulusi Akar

"Terrorçular 13 Türkiyə vətəndaşını qətlə yetirib" Hulusi Akar

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə Qartal-2" əməliyyatı zamanı 2015-ci ildə terrorçular tərəfindən qaçırılan 13 vətəndaşın cəsədi tapılıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"Şiddətli döyüşlər nəticəsində nəzarətə alınan terrorçuların sığınacağından əvvəllər qaçırılmış 13 Türkiyə vətəndaşının cəsədi tapıldı. İlkin istintaq zamanı günahsız və silahsız mülki şəxslərdən birinin çiynindən, digər 12 nəfərin başından vurulduğu məlum oldu. Beləliklə, yenidən PKK-nın məkrli və qaniçən üzünü gördük",- deyə nazir vurğulayıb.

Akar deyib ki, həbs edilən iki PKK üzvünün dindirilməsi zamanı terrorçuların türk vətəndaşlarını əməliyyat haqqında məlumat aldıqdan sonra öldürdükləri məlum olub.

"Vətəndaşlarımızın qətlində iştirak edən bütün terrorçular məhv edildi", - deyə nazir əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə