Rusiyada mədən çökdü Ölən və xəsarət alanlar var

Rusiyada mədən çökdü Ölən və xəsarət alanlar var

Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində mədən çöküb. SİA Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 98 nəfər dağıntılar altında qalıb.

Əraziyə xilasedici briqadalar və texnikalar cəlb olunub. Xilasedicilər 92 nəfəri uçqun altından çıxarıb, beş nəfər bərpa işlərini təmin etmək üçün mədəndə qalıb. Bir nəfərin öldüyü məlum olub.

İlkin ehtimala görə, hadisə mədəndə qayanın çökməsi nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə