Dəhşətli qəza 14 can aldı Hindistanda

Dəhşətli qəza 14 can aldı Hindistanda
Hindistanda ölkənin cənub-şərqində yerləşən Andra-Pradeş ştatında baş verən qəzada 14 nəfər ölüb, dörd nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə "Times of İndia" qəzeti məlumat yayıb. Məlumata görə, bir mikroavtobus yük maşını ilə toqquşub və 14 nəfər yerindəcə ölüb. Ölənlər arasında bir uşağın olduğu qeyd edilir. İki uşaq da daxil olmaqla dörd nəfər ağır yaralanıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə