Attraksion parkında qəzada 16 nəfər xəsarət alıb Çində

Attraksion parkında qəzada 16 nəfər xəsarət alıb Çində
Çinin Xunan əyalətində karusel attraksionu parkında qəza zamanı azı 16 nəfər zərər çəkib. SİA xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib. Qeyd edilir ki, nasazlığa görə attraksiona nəzarət itib, nəticədə bəzi istifadəçilər yelləncəklərdən yıxılıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onlardan azı üçü ağır vəziyyətdədir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə